Türkiyənin yeddi vilayətində FETÖ terror şəbəkəsinə qarşı əməliyyat keçirilib. Bu barədə İnsanoid Türkiyə KİV-lərinə istinadən bu gün, 22 iyul tarixində məlumat verir.
Mersin, İzmir, Adana, Niğde, Şanlıurfa, Elazığ və Osmaniye vilayətlərində keçirilən əməliyyatlar nəticəsində FETÖ-nün tələbə strukturlarına mənsub olmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb.
Saxlanılanlardan altı nəfəri həbs edilib. Onlardan üçü ifadə verdikdən sonra sərbəst buraxılıb. Digər üç şübhəlidən ikisinə xaricə getmək qadağan edilib, birinə isə ev həbsi cəzası verilib.