Gələn il uşaqlar üçün 9 istiqamət üzrə müavinətlər təyin olunacaq. Bu haqda dekabrın 22-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini məlumat verib.
"Növbəti illərdə sırf sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası ilə bağlı yeni sənəd hazırlanıb. Digər layihə isə övladlığa götürmə, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlıdır. Növbəti layihə himayədar ailə layihəsidir. Bu da uşaqların cəmiyyətə inteqrasiyası üçün vacibdir", - nazir müavini deyib.
Hazırda 50 mindən çox ailə, 200 mindən çox insan ünvanlı dövlət sosial yardımı alır.