Ucarda məktəblinin sinif yoldaşı tərəfindən təhqir olunması və nəticədə birincinin intihara cəhd etməsi barəsində polisə və təhsil nazirinə müraciət edilib. Müraciəti zərərçəkmişin atası edib.
Müraciət araşdırılıb və məlum olub ki, Qaradağlı kənd tam orta məktəbində 8-ci sinifdə təhsil alan Əzizova Zəhra və Daşdəmirli Nəzrin eyni sinifdə təhsil alıblar. Şagirdlərin valideynləri arasında olan münaqişə məktəbdə şagirdlərin də münasibətlərinin pozulmasına gətirib çıxarıb. Bunu müşahidə edən sinfin rəhbəri və məktəbin direktoru dəfələrlə hər iki şagirdin ailəsinə övladlarının təhsil aldığı məktəbi dəyişdirilmələrini təklif ediblər.Lakin hər iki ailə buna etiraz edib.
Hazırda məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən həmin sinfə nəzarət gücləndirilib.