Bu mövsümdə Ucarda 264 hektar sahədə yazlıq kartof əkilib. Bu barədə 30 mart tarixində Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, ötən mövsümə nisbətən kartof əkin sahəsi 29 hektar artıb. Buna səbəb kimi ilboyu bazarlarda kartofa olan tələbatın artmağı göstərilir. Rayonda artıq yazlıq kartof əkini başa çatıb.