Bu gün, martın 18-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sona çatıb. Bu haqda Report xəbər verib.
Ümumilikdə, 96 629 abituriyent ərizəsini təsdiq edib.
I ixtisas qrupu üzrə 32 156, II ixtisas qrupu üzrə 20 067, III ixtisas qrupu üzrə 21 200, IV ixtisas qrupu üzrə 5 217 nəfər, V ixtisas qrupu üzrə 69 554 abituriyent qeydiyyatdan keçib.