Ali təhsil müəssisələrinə və 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 6-dan 25-dək aparılacaq. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.
Qeydiyyat və ərizə qəbulu barədə daha ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.
Daha öncə ərizə qəbulu martın 4-dən 18-dək keçirilib. O zaman 96 629 abituriyent ərizəsini təsdiq edib.