2022/2023-cü tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizə qəbulunun vaxtı uzadılıb. Bu haqda APA Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verib.
Məlumata görə, universitetlərin bakalavriat səviyyəsinə və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün ərizələrin verilməsi vaxtı martın 18-i saat 11:00-da başa çatacaq.
Ərizə qəbulu martın 4-də başlanılaraq bu gün saat 23:59-da dayandırılmalı idi.