Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin səhhətində problemlər yaranıb. Bu barədə Report-a onun vəkili Hikmət Əliyev deyib.
O bildirib ki, V. Səfərli Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Onun səhhətində konkret hansı problemin olduğu açıqlanmayıb.
Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib. O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.