Rusiyanın muzdlu hərbi dəstəsi olan “Waqner” hərbi çevriliş edib. Bu barədə İnsanoid xarici KİV-lərə istinadən bu gün, 24 iyun tarixində xəbər verir.
“Wagner”in qurucusu və lideri Yevgeni Prigojin rus ordusu komandanlığının muzdlu dəstənin qərargahlarını vurma əmri verdiyini və xeyli əsgər itirdiklərini bəyan edib.
Hamını küçələrə dəvət edən Prigojin:
“Silahlandırılacaqsınız. Rusiyanın müdafiə naziri Şoygu və Baş Qərargah rəisi Gerasimov Qızıl Meydandan asılacaq və Leninin mavzoleyində yatacaq”- deyə xalqa səslənib.
“Waqner” lideri silahları təslim etməyə hazır olduqları halda, Müdafiə Nazirliyinin onların qərargahına raket hücumu təşkil edilməsini qəbul etmədiklərini sözlərinə əlavə edib.
“Biz çevriliş edən deyil, ədalət yürüşünə çıxan 25 min nəfərik” deyən Pirojinin sözlərindən sonra “Waqner” üzvləri ailələri ilə halallaşıblar.
Bu açıqlamalardan sonra Rostov başda olmaqla, Rusiyanın şəhərlərində zirehli texnikanın asayişi qorumaq üçün küçələrə çıxarıldığı müşahidə edilməyə başlayıb.
Son məlumatlara əsasən, Rostov “Vaqnerçi”lər tərəfindən ələ keçirilib, kütləvi tədbirlər ləğv edilib.
Kreml sözçüsü Peskov Putinə bu barədə məlumat verildiyini və prosesə nəzarət olunduğunu bildirib.