Cari ilin ilk 11 ayı ərzində dövlət büdcəsinə 7,961 milyard manat vergi daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7% çoxdur. Bu barədə 10 dekabr tarixində Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində deyilir.
Məlumata görə, vergi daxilolmaları üzrə proqnoza 121% əməl edilib. Qeyd olunan dövr ərzində qeyri-neft-qaz sektorunda daxilolmalar 5,87 milyard manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% çoxdur.
Ödənilən vergilərin 73,7%-i qeyri-neft-qaz sektorunun, 26,3%-i neft-qaz sektorunun payına düşüb.