Heydər Əliyev Fondu tərəfindən valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib. Bu barədə dekabrın 30-da Fonddan məlumat verilib.
Fondun əməkdaşları paytaxtda və regionlarda uşaq evləri və internat məktəbləri, həmçinin sosial xidmət müəssisələrində olaraq müxtəlif oyuncaqlar və şirniyyatlar təqdim edib.
Bayram süfrəsi ətrafında Şaxta baba və uşaqların sevdiyi nağıl personajlarının iştirakı ilə şənlik təşkil edilib.
[URIS id=20349]