Xəzər dənizinin cənub istiqamətində gözətçi gəmi tərəfindən su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb. Bu haqda noyabrın 23-də Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bağlamaya keçirilən baxış zamanı ümumi çəkisi 4 kiloqram 365 qram narkotik vasitəyə bənzər maddə tapılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.
[gallery columns="1" size="full" ids="13794"]