Xızı sakinindən avtomat və ona aid sursat aşkar edilib. Bu barədə APA aprelin 1-də məlumat yayıb.
Rayon sakini Heybət Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülüb. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H. Heybətov barəsində həbs qətimkan tədbiri seçilib.