Xaçmazın İzmayılovka qəsəbəsində 1959-cu il təvəllüdlü ata və 1988-ci il təvəllüdlü oğul yaşadıqları evin həyətində bıçaqlanıblar. Bu barədə 14 dekabr tarixində Report məlumat verib.
Hər iki şəxs Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Oğula qol nahiyyəsi və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, ataya isə qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.