Xaçmaz rayonunda 25 yaşlı oğlan itkin düşüb. Bu haqda martın 16-da APA məlumat yayıb.
İstisu qəsəbə sakini Vüsal Nəzərov martın 4-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində rəngli gödəkçə, göy cins şalvar və qara ayaqqabı olub.
Gənci tanıyanlar 102-yə, Xaçmaz Rayon Polis Şöbəsinin (023) 325-53-56 şəhər və (051) 843-02-02, (070) 961-81-27 mobil nömrələrinə zəng vuraraq məlumat verə bilərlər.