Xaçmazda avtomobil yanıb. Bu barədə 31 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, yanğın vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin arxa hissəsində baş verib.
Nəticədə avtomobilin yük hissəsi və arxa təkərləri yanıb.