Xaçmazda qadın tanışını bıçaqlayıb. Bu barədə dekabrın 14-də APA xəbər verib.
Hadisə rayonun Xudat şəhərində qeydə alınıb.
Şəhərdə yerləşən "Fruttaman" meyvə soyuducu məntəqəsinin qarşısında 1992-ci il təvəllüdlü rayon sakini Mərziyyə Qədiyeva münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Rasim Səmədovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi başlanılıb.