Avqustun 30-da “Xaş-xaş-2021” şərti adlı əməliyyat-axtarış nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Ağcabədi rayon Xocavənd kənd sakini saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan 18 ədəd çətənə kolu və 7 kiloqram 635 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
“Xaş-Xaş-2021” əməliyyatı nəticəsində 2021-ci ilin 1-ci yarımili ərzində ümumi çəkisi 140 tondan çox olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilmişdir.