Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Report 24 iyun tarixində xəbər verib.
Hadisə Gəndob-Xaçmaz-Yalama yolunun 31-ci km-də, rayonun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində Alpan çay körpüsündə qeydə alınıb.
"VAZ-21011" markalı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Nərəcan kənd sakini, 1952-ci il təvəllüdlü Cavadov Cavad Nəsrulla oğlunu vurub.
Piyada hadisə yerində ölüb.
Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.