Xaçmaz rayonunun Ləcət kəndində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Ruslan Abdulrzayev saxlanılıb. Bu barədə mayın 9-da Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib.
Həmin şəxsin evindən qanunsuz olaraq əkib yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.