Xaricdə doktorantura təhsili ilə bağlı bu il üçün ilk sənəd qəbulunun müddəti uzadılıb. Bu barədə aprelin 1-də Təhsil Nazirliyi məlumat yayıb.
Belə ki, sənəd qəbulu 15 aprel 2022-ci il saat 23:59-dək davam edəcək.
"2019-2023-cü illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün buradan qeydiyyatdan keçmək olar.