Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin yoxlanılması üçün imtahan keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə mayın 11-də səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, 1 ay müddətində imtahanın keçirilməsi qaydası barədə layihə hazırlanacaq.
İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq kadr məsələləri üzrə komissiyaya təqdim ediləcək.