Xanımlara əxlaqsız təkliflər edən 5 taksi sürücüsü saxlanılıb. Bu haqda dekabrın 10-da DİN məlumat verib.
Saxlanılan taksi sürücülərindən birinin üzərindən heroin aşkar edilib. Onun barəsində cinayət işi başlanılıb.
Digər sürücülər isə inzibati qaydada həbs ediliblər.
Qeyd edək ki, daha öncə sosial şəbəkələrdə sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə videolar yayılmışdır.