Xocavənddə ermənilərin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursatlar aşkar edilib. Bu barədə noyabrın 20-də DİN məlumat verib.
Ərazidən 4 avtomat, 1 pulemyot, 1 “Faqot”, 4 qumbaraatan mərmisi, 2 minaatan mərmisi, 4 alışdırıcı, 5 sandıq, 2 mobil telefon, 2 515 patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.