4 yanvar 2022-ci il tarixə olan məlumata əsasən, “Yaşat” Fondu tərəfindən indiyədək 66,34 milyon manat toplanıb. Onun 52,66 milyon manatı xərclənib. Bu barədə Fondun rəsmi səhifəsində qeyd olunub.
Vəsaitin 64,7%-i qazi və şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılmasına, 23,71%-i tibbi xərclərinin ödənilməsinə, 10,69%-i borclarının ödənilməsinə, 1,33%-i isə təhsil, peşə hazırlığı və yaradıcı potensialının inkişafı üçün xərclənib.
Vəsaitin qalığı isə 13,68 milyon manat təşkil edir.