“Koronavirusa yoluxma göstəricilərinə əsasən, hazırda xəstəlik nəzarət altındadır”. Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva noyabrın 23-də jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qarşıdan havaların soyuması və insanların qapalı məkanda daha çox vaxt keçirməsi ilə bağlı olaraq, buster doza vaksinləri tövsiyə olunur.
“4-cü doza ilə bağlı indidən fikir söyləmək tezdir. Pandemiyanın gedişində xəstəliyi öyrənirik. Ölkədə vaksinasiya prosesi yaxşı gedir, prosesi müsbət qiymətləndiririk”, - deyə Yaqut Qarayeva bildirib.