Yardımlıda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə mayın 11-də Baş Prokurorluqdan məlumat verilib.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində 172 ədəd müxtəlif cinsli ağaclar kəsilib.
Bununla 30 min 643 manat məbləğində maddi ziyan vurulub.