Yaz semestri üzrə təhsil tələbə krediti alanların sayı 2 190 nəfər təşkil edib. Bu barədə martın 17-də APA-ya Təhsil Nazirliyindən məlumat verilib.
Standart təhsil tələbə krediti alanların sayı 104, sosial təhsil tələbə krediti alanların sayı isə 38 nəfərdir.
Bildirilib ki, müraciətlərdən 785-i natamam olub, 74 müraciətə imtina cavabı verilib, 652-si banka göndərilib, 537-si isə emal prosesindədir.