Yanvarın 14-15-də paytaxtda hava şəraitinin dəyişməsi ilə əlaqədar Dövlət Yol Polisi İdarəsinin rəisi sürücülərə müraciət edib. Bu barədə 13 yanvar tarixində idarə nümayəndəsi Trend-ə məlumat verib.
“Sürücülərə sürətlə avtomobili idarə etməmələri, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etmələri tövsiyə olunur”, - deyə qurum rəsmisi bildirib.
Yarana biləcək tıxacların qarşısının alınması üçün yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.