Energetika Nazirliyi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Nazirlikdən verilən məlumata görə, aksiya zamanı Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində işğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimizin adına 298 ədəd müxtəlif növ ağac əkilib.
Həmçinin, nazirlik əməkdaşları tərəfindən Qobustandan olan şəhid ailələri ziyarət edilib, Zəfər Günü münasibətilə bayram sovqatları təqdim olunub.