Zaqatala rayonunda qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib. Bu barədə 1 fevral tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
3-ü “Kalaşnikov” markalı avtomat, 1-i yivli “TOZ-8”, 2-si isə ov tüfəngi olmaqla ümumilikdə 6 odlu silah, eləcə də 1 ədəd süngü-bıçaq, 100-ə yaxın patron və 6 ədəd daraq götürülüb.
Həmin silahlardan 2-sini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.