Zaqatalada 61 yaşlı kişi vanna otağında intihar edib. Bu haqda yanvarın 29-da APA məlumat yayıb.
O, yaşadığı evin vanna otağında asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Mərhum uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.