Zaqatalada qadını avtomobil vuraraq öldürüb. Bu barədə 1 iyul tarixində Report məlumat verib.
Hadisə rayonun Qandax kəndində baş verib.
Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Şamama Şabanovanı "VAZ-2107" markalı avtomobil vurub. Ağır xəsarətlər alan qadın Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, o, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.