Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran Vüqar Tağızadə və Allahverdi Məmmədlinin məhkəmə prosesi başlayıb. Bu haqda mayın 11-də Trend xəbər yayıb.
Təqsirləndirilən şəxslər əməllərindən peşman olduqlarını bildiriblər. Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.
Qeyd edək ki, bu ilin yanvar ayında sosial şəbəkələrdə Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılmışdı.