"Zirə" sabiq məşqçisi ilə müqavilə imzalayıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 26 iyun tarixində xəbər verir.
Qəsəbə təmsilçisindən verilən məlumata görə, Borçe Xristovla 2 illik müqavilə imzalanıb.
Şimali makedoniyalı mütəxəssis əsas komandanın məşqçilər korpusunda yer alacaq.
Borçe Xristov 2020-ci ildə də “Zirə”də çalışıb.