Ölkədə 12 aptekdə planlı və plandankənar yoxlamalar baş tutub. Bu haqda aprelin 4-də Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Onlardan 10-u Bakı şəhəri üzrə, 2-si isə rayonlar üzrə həyata keçirilib.
Müsadirə edilən qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 9 adda 26 qutu təşkil edib. İnzibati qaydada 7 protokol tərtib edilib.