"YouTube"da 13,7 milyon abunəçisi olan məşhur amerikalı bloqer "Nas Daily" Azərbaycandadır. Bu barədə İnsanoid o, özünün sosial şəbəkə hesabında paylaşım edib. Bu barədə İnsanoid bu gün, 16 avqust tarixində xəbər verir.
Bloger "Bakının Gözü"ndə görüş keçirəcəyini deyib və hər kəsi dəvət edib.
"Salam Azərbaycan! Mən nəhayət buradayam və sizinlə görüşəcəyimə çox şadam. Bu həftəsonu görüş keçirəcəyəm və sizin də qoşulmağınızı çox istərdim. Müraciət etməyə ehtiyac yoxdur - sadəcə, olduğunuz kimi gəlin! Tarix: şənbə, 17 avqust 2024-cü il, saat 17:00. Məkan: "Bakının Gözü". Ailənizi və dostlarınızı da gətirin. Şənbə günü görüşənədək".
