Milli Məclisin bugün, dekabrın 20-də keçirilən iclasında 15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsini təsdiqlənib. Bu sənəddə vətəndaşın fotoşəkli yerləşdiriləcək, amma şəxsi imzası göstərilməyəcək.
Həmçinin bu şəxslərin əl-barmaq izləri götürülməyəcək, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı daxil edilməyəcək.
Bununla yanaşı, şəxsiyyət vəsiqəsində vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları əks olunmayacaq.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.