Azərbaycanda 160 min uşağa alıment ödənilib. Bu haqda dekabrın 16-da Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi məlumat verib.
“Bu il ölkədə 700 min çox icra sənədinin 99 mini aliment tələbi ilə bağlıdır. Son 1,5 il ərzində 130 milyon manatdan çox aliment tələbi ödənilib”, - deyə Ədliyyə Nazirliyinin əməkdaşı bildirib.
Əməkdaşın sözlərinə görə, aliment işlərinin icrasında əsas çətinliklərdən biri xaricdə yaşayan borclulardır.
Sənədlər icraya daxil olduqdan sonra borclunun yaşayış yeri polis tərəfindən müəyyən edilir. Lakin polis orqanlarının axtarışı nəticə vermədikdə dövlətlərarası axtarışla bağlı müraciət olunur.
Həmçinin aliment borcuna görə 3 mindən çox şəxs axtarışa verilib.