Bundan sonra Azərbaycanda 18 Oktyabr Müstəqilliyin Bərpası Günü, 28 May isə Müstəqillik Günü kimi qeyd olunacaq. Bu haqda 11 oktyabr tarixində Milli Məclisin iclasında qanun qəbul edilib.
Qərara əsasən, 18 Oktyabr iş günü, 28 May isə qeyri-iş günü olacaq.
Bundan öncə, mayın 28-i Respublika Günü, oktyabrın 18-i isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilib.