189-190 nömrəli məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığması ilə bağlı araşdırmalar aparılır. Bu barədə dekabrın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məlumat verib.
Məlumata əsasən, C. Quliyevanın Whatsapp qrupunda müəllimlərdən bütün siniflərdən pul yığmalarını tələb etdiyi səs yazısı yayılıb.
"Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bunların hamısına hüquqi qiymət veriləcək", - deyə direktor vurğulayıb.
Video: Facebook ARB XƏBƏR