Mərkəzi Bank “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasın yenilənməsini həyata keçirib. Bu haqda noyabrın 4-də Qurumun saytında məlumat verilib.
Yeni pul nişanının üzərində qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib.
Sözügedən əskinasların növbəti ildən istifadəyə buraxılması nəzərdə tutulur.