Azərbaycanda 14 il əvvəl təyyarə qəzası nəticəsində itkin düşən pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhid statusu verilib. Bu barədə martın 9-da Trend-ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Polkovnik-leytenant F. Əsgərov 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi ilə təlim uçuşu keçirən zaman qəzaya uğrayıb.
Hadisədən bir neçə gün sonra təyyarədə olan digər pilot, kapitan Əfqan Aslanovun meyiti tapılsa da, F. Əsgərovun nəşi bu günə qədər tapılmayıb.