Ötən il ərzində Naxçıvan da daxil olmaqla ölkə üzrə 60 mindən çox əlillik təyinatı aparılıb. Bunu 7 yanvar tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi İlkin Yusifov bildirib.
Onun sözlərinə əsasən, təyinatlardan təxminən 18 mini ilkin, 43 minə yaxını isə təkrar əlillik olub.
“Əlilliyin qiymətləndirilməsi şəxslərin iştirakı olmadan “Əlillik alt sistemi” üzərindən həyata keçirilir. 2021-ci ildə dövlət tibb müəssisələri tərəfindən 200 mindən çox göndəriş rəsmiləşdirilərək reyestrə daxil edilib”, - deyə qurumun nümayəndəsi əlavə edib.