2021-ci ildə Azərbaycanın Minatəmizləmə Agentliyi tərəfindən 6777,6 hektar ərazi minalardan təmizlənib. Bu barədə martın 9-da APA Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 10,5 min piyada əleyhinə, 4,8 min tank əleyhinə mina, 13,2 min ədəd partlamamış hərbi sursat aşkar olunaraq məhv edilib.
Minatəmizləmə əməliyyatları Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonlarında aparılıb.