Azərbaycanda 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatır. Bu barədə 29 dekabr tarixində Report məlumat verib.
Bu ilin dekabr ayının 24-nə olan vəziyyətə 1 milyon hektardan çox sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Ən çox buğda bitkisi Cəlilabad, Şəki, Şamaxı, Füzuli, İsmayıllı, Hacıqabul və Ağcabədi rayonlarında, ən çox arpa bitkisi isə Neftçala, Kürdəmir, Şəki, Biləsuvar, Ağsu, Goranboy və Füzuli rayonlarında səpilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,9%, arpanın səpin sahəsi 9,3% artıb, buğdanın səpin sahəsi isə 1,1% azalıb.