Ötən ilin son aylarında Milli Məclis tərəfindən bir sıra qərarlar qəbul edilib.
2022-ci ilin yanvarın 1-dən etibarən bu qanunlar qüvvəyə minir:
- Siqaret, alkoqollu içki və avtomobil alışından ƏDV geri qayıtmayacaq;
- Sürücülük vəsiqəsi üçün rüsum 40 manat, xarici pasport üçün isə 60 manat qəbul edilib;
- Alış-verişdə 4 000 manatdan yuxarı ödənişlər nağdsız qaydada həyata keçiriləcək;
- Dərmanların dövlət qeydiyyatı 100 manatdan 150 manata artırılıb;
- Elektron siqaretin hər ədədinə 0,25 manat aksiz dərəcəsi tətbiq olunacaq;
- Siqaretin aksiz dərəcəsi 35 manatdan 38,5 manata artırılıb;
- Araq, likör, konyakın aksiz dərəcələri 3,2 manatdan 4 manata artırılıb;
- Mühərrik həcmi 3000 kubsantimetrdən çox olan avtomobillərin aksiz dərəcəsi artırılıb;
- İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə vergi ödəməkdən azad edilib;
- Minimum əmək haqqı 300 manat, yaşayış minimumu 210 manat, ehtiyac meyarı 200 manat müəyyən edilib;
- Avtomobil satışında bütün ödənişlər nağdsız şəkildə olacaq;
- Tibbi xidmətlərdə 500 manatdan yuxarı ödənişlər nağdsız həyata keçiriləcək;
- Kitabların idxalı və satışı ƏDV-dən azad edilib.