2023-2026-cı illər üçün Qarabağda bərpa və yenidənqurma işlərinin aparılması ilə bağlı təkliflər hazırlanacaq. Bu barədə 29 yanvar tarixində Report məlumat verib.
Bu, Baş nazir Əli Əsədovun Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanması barədə imzaladığı sərəncamda əksini tapıb.
Qeyd edək ki, yerli icra hakimiyyəti və digər dövlət orqanları işğaldan azad edilmiş ərazilərdə 2023-2026-cı illər üzrə bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təklifləri 2022-ci ilin martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidirlər.