2023-cü ildən mexaniki qaz sayğaclarında limitlərin sıdfırlanması avtomatik qaydada keçiriləcək. Bu barədə 7 yanvar tarixində “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevə istinadən Qafqazinfo xəbər verib.
Onun sözlərinə görə, “Gəncəcihazqayırma” zavoduna artıq 10 min ədəd mexaniki tipli yeni sayğaclardan sifariş edilib. Həmin sayğacların üstünə qurğu quraşdırılacaq: “Hazır olduqda həmin sayğacların effektivliyinə baxacağıq. Sistem özünü doğrultsa, bundan sonra həmin sayğaclardan qoyulacaq. Yanvarın sonundan bu sistemi tətbiq etməyə başlayacağıq”, - deyə o, əlavə edib.
Xatırladaq ki, “Azəriqaz İB” bu il qaz sayğaclarındakı limit sıfırlanması prosesinin yanvarın 10-a kimi davam edəcəyini bildirib. Bu isə vətəndaşlar arasında narazılığa səbəb olub.