Azərbaycanın daha 18 pomidor istehsalı müəssisəsinə məhsulu Rusiyaya ixrac etməyə icazə verilib. Umumilikdə “Rosselxoznadzor" tərəfindən 205 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Bu haqda 1 noyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Hazırda qonşu ölkəyə pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 360 min tondan çoxdur ki, bu da ötən il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 200,1%-ni təşkil edir.